<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>375</hymn_number>
<lyrics>[V1]
 Allahım, Sözün ilə qəlbimi yu, təmizlə,
 Ürəyimi düz elə, gedim Sənin izinlə.

[C1]
   Allahım, Allahım, ümidim, pənahım,
   Sənin əlindədir mənim canım, həyatım.

[V2]
 Minnətdaram Sənə, bilik verdin mənə,
 İsa Məsihlə birgə olacağam Cənnətdə.

[C2]
   Sevinə-sevinə, nəğmələr ilə
   Qovuşaram bir gün mən öz Rəbbimə.

[V3]
 Əmrlərimi dinlə, dilini şərdən gözlə,
 Get Mənim izim ilə, söyləyir Rəbbim mənə.

[C3]
   Minnətdaram Sənə, yol göstərdin mənə,
   Əbədi yaşayacağam Göylərdə mən Səninlə.</lyrics>
<title>Allahım, Sözün ilə qəlbimi yu, təmizlə, İL375</title>
</song>